Əsas xammal – yerli , ikincidərəcəli lentvari , tərkibində çoxlu sayda dəmir oksidi olan gildir. Yandırılma nəticəsində 10000S temperaturda təbiib keramik kirəmit qırmızı-qəhvəyi rəng alır. Yandırılma zamanı ön səthinə şirəli təbəqənin çəkilməsi halında kirəmit parlaq rəngli qoruyucu təbəqəyə malik olur.<br /><br />Keramik kirəmit : hamar lentşəkilli, yarıqlı (pazovaya) lentşəkilli, yarıqlı möhürlənmiş, təkdalğalı, ikidalğalı, novşəkilli və s. Bu etibarlı, uzunömürlü, odadavamlı, səsuducu, möhkəm, ekalojitəmiz, korroziyaya məruz qalmayan örtüklərdir. Damı saxlamağa sərf olunan vəsait minimaldır. Bəzən yaxşı quraşdırılmış kirəmit evin özü qədər sizə xidmət edə bilər. Buna görə də kirəmit dam örtüyü faydalı investesiya qoyuluşudur. İllər keçdikcə belə dam örtüyünün rəngi daha dolğun olur və kirəmit daha gözəl olur.